Azərbaycan Mərkəzi Bankı (AMB) martın 13-nə manatın dollara nisbətən rəsmi məzənnəsini 1,0489 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
AMB martın 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 12-də qeydə alınmış 1,1023 manat/1EUR səviyyəsinə qarşı 1,1123 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,907% ucuzlaşıb.
Martın 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 12-də qeydə alınmış 0,0170 manat/1RUR səviyyəsinə qarşı 0,0171 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 0,588% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Əzizov