QəbələTurizmvə Otelçilik üzrə Peşə TədrisMərkəzindəbədii ifa üzrərespublikamüsabiqəsininzonamərhələsikeçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Müsabiqənin keçirilməsində məqsəd ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında xüsusiistedadamalik gəncləri üzə çıxarmaq, ifa mədəniyyətini yüksəltməkdir.
Müsabiqə Azərbaycan bəstəkarlarının estrada mahnıları, təsnif və xalq mahnıları, bədii qiraət və milli rəqs ifaçılığı nominasiyaları üzrə keçirilir.
Zona mərhələsindəBalakən,Zaqatala, Qax, Oğuz, Şəki və Qəbələ rayonununilk-peşə və orta ixtisas müəssisələrinin qalibləriiştirak edir.
Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqənin zona mərhələsində qalib gələn iştirakçılar aprelin 24-də keçiriləcəkümumrespublikayekun tədbirində iştirak edəcəklər.
İ.Əhmədov