Cümə günü Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
“Bələdiyyə qulluqçularının etik davranış qaydaları Azərbaycanın yerli özünüidarə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə təkan verəcək”, - deyə komitə sədri Arif Rəhimzadə iclasda bəyan edib.
Onun sözlərinə görə, üç fəsil və 20 maddədən ibarət olan qanun layihəsi yerli özünüidarə orqanlarının qulluqçularının fəaliyyətində məsuliyyətin artırılmasına yönəlib.
R.Babayev