“Sizə gözəl xəbər vermək istəyirik. Afrikanın qərbindəki rayonlar bizim xilafətimiz altına keçib, xəlifə isə qardaşalrımızın sədaqət andını qəbul edib”, - deyə İŞİD nümayəndəsi Əbu Məhəmməd Əl-Ədnani bildirib. Agentliyin məlumatına görə, bu bəyanatın verildiyi lent yazısı internetdə yayımlanıb, lakin onun gerçək olub-olmaması hələ ki, dəqiqləşdirilməyib.İŞİD ekstremist qruplaşması Nigeriyanın “Boko Haram” qruplaşmasının sədaqət andını qəbul edib. Bu barədə cümə günü EFE agentliyi məlumat verib.
Bu yaxınlarda “Boko Haram” qruplaşmasının rəhbəri Əbubəkr Şekau İŞİD lideri Əbu Bəkir Əl-Bağdadiyə tabe olacağını vəd edib, hər zaman onun yanında olacağını bildirmişdi.
İŞİD-in dayaq nöqtəsi İraq və Suriyada işğal edilmiş ərazilər hesab olunur. Bundan başqa, İŞİD döyüşçüləri Misir və Liviya da daxil olmaqla, digər ölkələrdə də fəaliyyət göstərirlər.