Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı “Azadlıq Radiosu”nun fəaliyyəti müzakirə edilib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verib.
Nümayəndə heyətinə, həmçinin ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini CefriTrimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvo daxildir.
Bundan başqa, tərəflər Bakı ilə Vaşinqton arasında ikitərəfli əməkdaşlıq məsələrinə dair fikir mübadiləsi aparıblar.
Qeyd olunur ki, ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.
F.İsazadə