Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı münasibəti ilə paytaxtda bayram tədbirləri təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Martın 17-də saat 11.00-da milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə "Azneft" meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gəncik meydanında tonqal yandıracaqlar.
Bundan başqa, incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
F.İsazadə