Son illər Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında rolunun artması işində böyük nailiyyətlər əldə olunub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söyləyib.
“Azərbaycanda bələdiyyələrdə işləyən qadınların sayı ötən il keçirilmiş bələdiyyə seçkilərindən sonra 35%-ə çatıb”, - deyə S.Qəhrəmanova bazar ertəsi gender probleminə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Tədbirdə çıxış edən Almaniyanın Bakıdakı səfiri Haydrun Tempel qeyd edib ki, Azərbaycanda qadınların fəal ictimai-siyasi həyata cəlb olunması sahəsində əldə olunmuş uğurlar hətta Almaniyada da müşahidə olunmur.
“Biz bu mənada sizdən və gürcü həmkarlarımızdan öyrənməliyik”,- deyə səfir qeyd edib.
Diplomat vurğulayıb ki, Azərbaycanın regionlarında olarkən, o, yerlərdə qadınların göstərdiyi fəallığın şahidi olub.
Prezident Administrasiyası Regional vəyerliözünüidarəetməorqanları ilə iş sektorunun müdiri Kamran Bayramov belə konfransların keçirilməsinin vacibliyini vurğulayıb.
“Bu gün Azərbaycanda qadınlar ölkənin ictima-siyasi, iqtisadi həyatında fəal iştirak edir, biznes fəaliyyəti ilə məşğul olurlar. Bu istiqamət ölkə rəhbərliyinin siyasətində prioritetlərdən biridir”,- deyə K.Bayramov söyləyib.
O, həmçinin əlavə edib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla birgə bu sahədə iri layihələr həyata keçirir.
A.Zeydullayeva