2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 428,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 3,1% artıb. Cari ilin yanvar-fevral aylarında respublikada 72,3 min ton ət (artım 1,9%), 279,4 min ton süd (artım 4,3%), 257,6 mln. ədəd yumurta (artım 7,1%) istehsal olunub.
Yanvar-fevral aylarında bitkiçilik məhsullarının istehsal həcmi 3,5% artıb.
DSK-nın məlumatına görə, 1 mart tarixinə respublikada 47,7 min hektar sahədə payızlıq dənli bitkilər əkilib ki, bu da 2014-cü ilin göstəricisindən 2,5 dəfə çoxdur.
2015-ci ilin yanvar-fevral aylarında respublikada 4 min ton tərəvəz yığılıb.
A.Axundov