2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 1 mlrd. 7,5 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin yanvar-fevral aylarının göstəricisindən 3,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında həyata keçirilən işlərin 63,1%-i tikinti, yenidənqurma və genişləndirmə işlərinin, 18,2%-i əsaslı təmir, 6%-i cari təmir, 12,7%-i digər tikinti işlərinin payına düşüb.
Hesabat dövründə tikinti işlərinin 89,3%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
A.Axundov