Ötən həftə Azərbaycanın yollarında baş verən yol-nəqliyyat hadisələrində 17 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 32 yol qəzası qeydə alınıb, nəticədə 47 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən ağır yol qəzası Sabunçu rayonunda baş verib. Burada “BMW” markalı minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər həlak olub.