Azərbaycan və Qətər kənd təsərrüfatı və investisiyalar, xüsusilə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu sahəsində əməkdaşlıq edə bilərlər. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev belə hesab edir.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd olunur ki, bu barədə Ş.Mustafayev Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ilə görüş zamanı bildirib.
“Hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur”, - deyə Ş.Mustafayev qeyd edib.
Qətərli nazirin sözlərinə görə, Azərbaycanla sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu sahəsində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün imkanlar var.
A.Axundov