Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-nə manatın dollara nisbətən rəsmi məzənnəsini martın 16-da qeydə alınmış 1,0487 manat/$1 səviyyəsinə qarşı 1,0488 manat /$1 səviyyəsində müəyyənləşdirib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0095% ucuzlaşıb.
AMB martın 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 16-da qeydə alınmış 1,1019 manat/1EUR səviyyəsinə qarşı 1,1081 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,562% ucuzlaşıb.
Martın 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi 0,0169 manat/1RUR səviyyəsində qalıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Əzizov