Martın 16-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Pakistanın Ticarət və Sənaye Palatalarının Konfederasiyası (FPCCI) arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə AZPROMO-nun saytında məlumat verilir.
Sənəddə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq, müntəzəm olaraq iqtisadi, ticarət və biznesə dairməlumatlar və sahibkarların dəstəklənməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılması və s. məsələlər nəzərdə tutulub.
FPCCI 1950-ci ildə yaradılıb və Pakistanın sənaye, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 160 təşkilat və ticarət-sənaye palatasını birləşdirir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Əzizov