Məlumatda bildirilir ki, gündəliyə üçtərəfli sammitlərin yenidən keçirilməsi və dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri daxil edilib.Cənubi Koreya, Çin və Yaponiyanın xarici işlər nazirlərinin şənbə günü Seulda görüşü planlaşdırılıb.Bu barədə Koreyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bu, üç ölkənin XİN başçılarının 2012-ci ildən bəri ilk görüşü olacaq. Əvvəllər üçtərəfli sammitlər kimi, görüşlər də hər il keçirilirdi. Ərazi problemlərinə görə Seul və Pekinin Tokio ilə münasibətlərinin soyumasından sonra bu görüşlərin keçirilməsi dayandırılıb.