ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif çərşənbə axşamı səhər saatlarında İsveçrənin Lozanna şəhərində İranın nüvə probleminə dair növbəti danışıqlara başlayıblar. Bu barədə Amerikanın Cenevrədəki daimi nümayəndəliyi məlumat verib.
“Twitter” sosial şəbəkəsində dərc olunmuş məlumatda bildirilir ki, görüş yerli vaxtla səhər saat 8.00 radələrində başlayıb.
ABŞ daimi nümayəndəliyinin dərc etdiyi fotoşəkillərdən məlum olur ki, İran nümayəndə heyəti ilə danışıqlarda C.Kerri ilə birlikdə energetika naziri Ernest Moniz və dövlət katibinin müavini Uendi Şerman da iştirak ediblər.