Bu il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin azalması iyun ayında Bakıda Birinci Avropa Oyunlarının təşkili və keçirilməsinə təsir etməyəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
“Böyük xərclər tələb edən layihələr praktiki olaraq başa çatıb. İdman komplekslərinin tikintisi və təmirinə, o cümlədən Oyunların Təşkilat Komitəsinin fəaliyyətinin təşkilinə külli miqdarda vəsait sərf edilir”, - deyə Ç.Hüseynzadə bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət müəyyən proqramları qənaətli formada reallaşdırmağa imkan verir.
A.Zeydullayeva