2019-cu il yanvarın 1-dək “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin (APİK) xətti ilə respublikaya idxal olunan mal və avadanlıqlar əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Hökumətin müvafiq qərarı Nazirlər Kabinetinin saytında dərc olunub.
Qərara əsasən, dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar ƏDV azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev 2013-cü ilin aprel ayında "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. QSC-nin funksiyasına Gəncə şəhəri və Daşkəsən rayonunda polad istehsalı zəncirinin təmin edilməsi daxildir.
A.Axundov