Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və Aqrokimya kafedrasında 3 laboratoriya yenidən qurularaq istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“3 yeni elektron tərəzi, 2 yeni mikroskop, 2 termostat, 2 PHmetr, müxtəlif gübrələr və bir sıra avadanlıqlar tələbə və müəllimlərin istifadəsinə verilib. Ərzaq məhsullarının miqdarındakı ağır metalların miqdarını, qəbul etdiyimiz qidalarda nitratın tərkibini tələbə özü müəyyən edə bilən spektrofotometri xüsusi qeyd etmək istərdik”, - deyə ADAU-nun kafedra müdiri Aygün Zeynalova bildirib.
Bu şəraitdə tələbə, magistr, doktorant və dissertantlar tədris olunan fənni daha dərindən mənimsəməyə bilərlər.
Bundan başqa, ətraf bölgələrin tələbələri də laboratoriyalardan yararlana biləcəklər. Təcrübə keçənlər üçün xüsusi avtobuslar ayrılıb.
F.Mehdiyev