Azərbaycan və Sudanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Ali Ahmed Karti çərşənbə günü Bakıda görüşəcəklər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Sudanın ölkəmizdəki səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, A.A.Karti azərbaycanlı həmkarının dəvəti ilə Azərbaycana ikigünlük səfərə gələcək.
Səfər çərçivəsində Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması planlaşdırılır.
A.A.Kartinin Azərbaycana səfəri 17-19 mart tarixlərində baş tutacaq.
F.İsazadə