“SOCAR Energy Ukraine” MMC (Azərbaycan Dövlət Neft Şirkətinin törəmə strukturu, SOCAR) Ukraynada yeni yanacaqdoldurma məntəqəsini istismara verib. Bu barədə MMC-nin məlumatında bildirilir.
Ukraynanın Nikolayev vilayətinin Nikolayev şəhərində SOCAR brendi altında yeni YDM açılıb. Bu, SOCAR tərəfindən açılmış sayca yeddinci, ümumilikdə isə SOCAR-ın həmin vilayətdə 50-ci aktiv brendidir”,- deyə məlumatda qeyd edilir.
YDM-də Polşa, Litva və Belarusun aparıcı NEZ-də istehsal olunmuş və Avro-5 standartına uyğun neft məhsulları - А-92, А-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağının satışı həyata keçirilir.
Xəbər verildiyi kimi, “SOCAR Energy Ukraine” Ukraynada fəaliyyətə 2008-ci ildə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.
N.Abbasova