“İslam dövləti” qruplaşmasına qarşı mübarizə nəsillər boyu davam edə bilər. Bu barədə Avstraliyanın xarici işlər naziri Culiya Bişop bəyan edib.
“Ekstremizmin bütün təzahürlərində bu bəlaya qarşı mübarizənin həm öz ölkəmizdə, həm də xaricdə bir hissəsi olmaqdan başqa seçimimiz yoxdur. Qələbə qazanmaq üçün illər, onilliklər, hətta nəsillər belə lazım ola bilər”, - deyə C.Bişop Kanberrada Strateji Siyasət İnstitutunda çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, İŞİD ilə mübarizə “sadəcə döyüş meydanlarında deyil, həm də təhlükəli ideyalar, konsepsiya və ideologiya ilə mübarizədir”.