2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sığortaçıların sığorta haqları 101,7 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 11,1% çoxdur. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında qeyd edilir.
“Cari ilin yanvar-fevral ayları ərzində sığortaçıların ödənişləri 24 mln. manat təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 26,3% artıb”, - deyə ASA-nın məlumatında deyilir.
Hesabat dövründə sığortaçılar sığorta haqlarının hər 100 manatı üçün 23,6 manat məbləğində ödəniş həyata keçiriblər, 2014-cü ilin yanvar-fevral aylarında bu göstərici 20,8 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə sığortaçıların sığorta haqları 5,8%, ödənişləri 28% artıb.
A.Əzizov