Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 300-dən artıq aztəminatlı, imkansız ailəyə müxtəlif çeşiddə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Novruz bayramı ərəfəsində şəhid ailələri, müharibə əlilləri, ahıl, tənha və kimsəsiz vətəndaşlara, eləcə də məcburi köçkün ailələrinə yardım göstərilib.
İ.Əhmədov