Çərşənbə günü Azərbaycan və Sudanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Ali Ahmed Karti XİN-lərarası əməkdaşlığa dair saziş imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
Sənəddə tərəflər arasında siyasi məsləhətləşmələrin keçirilməsi, həmçinin idarələrarası əməkdaşlığın möhkəmlənməsinə dair bir sıra məsələlər nəzərdə tutulur.
F.İsazadə