SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Çilov” yatağında yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
113 nömrəli quyu 112 saylı özüldən qazılır. Quyunun layihə dərinliyi 1,5 metr təşkil edir. Quyu Qala Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasilatı proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, şirkət 2014-cü ilin avqust ayında 112 saylı dəniz özülünün tikintisini başa çatdırıb. Özül 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulub.
“Çilov” yatağı Xəzər dənizindəki Çilov adasında yerləşir. SOCAR tərəfindən yatağın sənaye üsulu ilə işlənməsi 1952-ci ildən həyata keçirilir.
N.Abbasova