ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ABŞ səfirliyinin təşkil etdiyi bayram tədbirindən məlumat verib.
“Azərbaycan xalqı və səfirliyin əməkdaşlarını Novruz bayramı münasibtilə təbrik edirəm. Novruz - yeni həyat, yenilik və canlanma bayramıdır. Ümid edirəm ki, bu bahar Azərbaycan və ABŞ arasında münasibətlərə yeni həyat verəcək, onların möhkəmlənməsi üçün şərait yaradacaq”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, iki ölkə təhlükəsizlik, qanunun aliliyi, demokratiya və iqtisadiyyat sahəsində əməkdaşlıq edir, bu isə Azərbaycanın “görmək istədiyimiz” gələcəyi ilə əlaqədardır.
Novruz bayramına həsr olunan tədbirdə Azərbaycanın rəqs və milli muğam ustaları, eləcə də estrada müğənniləri çıxış edib.
F.İsazadə