Qəbələ rayonunda Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gün ərzində yarmarkaya 5 ton 500 kiloqram ət, 4 ton quş əti, 5000 litr süd məhsulları, 10 min ədəd yumurta, 18 ton quru meyvə, 15 ton meyvə, tərəvəz, pomidor, xiyar olmaqla 100 adda kənd təsərrüfatı məhsulları çıxarılıb. Satılan məhsullar bazar qiymətindən 25-30% aşağı qiymətə olub.
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev aidiyyəti qurumların rəhbərləri ilə yarmarkada olub, qiymətlərlə maraqlanıb. İcra başçısı sakinlərin təkliflərini dinlədikdən sonra səsləndirilən məsələlərin həll olunması üçün müvafiq strukturlara tapşırıqlar verib.
İ.Əhmədov