Prezident İlham Əliyev Sudanın xarici işlər naziri Əli Əhməd Karti ilə görüşdə Sudanın Dağlıq Qarabağ münaqişəsinin həllində və eləcə də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında tutduğu ədalətli mövqeyinə görə minnətdarlığını bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə İ.Əliyev iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini qeyd edən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir daha vurğulayıb.
Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
A.Zeydullayeva