Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakı Olimpiya Stadionunun açılış mərasimində iştirak edib. Bu barədə AzTV dövlət telekanalı məlumat verib.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına stadionun tikintisi haqqında məlumat verib.
68 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadionunda 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri keçiriləcək.
R.Babayev