Mart ayının 29-u Azərbaycanda yay vaxtına keçiləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən hər il mart ayının son bazar günü saatın əqrəblərinin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü saatın əqrəblərinin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
A.Zeydullayeva