Azərbaycan prezidenti İlham Əliyev Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qız qalasının qarşısındakı meydanda milli geyimli uşaqlar prezidenti təbrik edərək milli rəqslər ifa ediblər.
İ.Əliyev Novruz tonqalını alovlandırıb və nitq söyləyib.
Sonra prezident Dənizkənarı Milli Parka gəlib.
Dövlət başçısı bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izləyib.
R.Babayev