Rusiya prezidenti Vladimir Putin erməni soyqırımının 100 illiyi qeyd edildiyi ərəfədə Ermənistana səfər edəcək. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Vladimir Putinin İrəvana səfər məsələsi gündəmdədir və müzakirəyə hazırlanır. Səfərin dəqiq tarixi müəyyənləşdirildikdən və təsdiq edildikdən sonra biz bu barədə məlumat verəcəyik”, - deyə D.Peskov bu gün jurnalistlərə bildirib.
Daha öncə Ermənistan prezidenti Serj Sarqsyan da belə bir səfərin mümkünlüyü barədə məlumat vermişdi.