Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının əmək haqları artırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-dan məlumat verilib.
Belə ki, aprel ayının 1-dən etibarən ATU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor-müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb.
Beləliklə, fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər 750 manat əmək haqqı alacaqlar.
Əmək haqqı əməkdaşların peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiya yolu ilə artırılır.
A.Zeydullayeva