Badi-Kuba Salsa Məktəbi tərəfindən 20-22 mart tarixlərində Bakıda ikinci "Bakı Novruz Salsa Festivalı" keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbirin ustalıq dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub. Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.
Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ökələrin dünyaşöhrətli müəllimləri dəvət olunub.
A.Zeydullayeva