Azərbaycan Mərkəzi Bankı (AMB) martın 29-na manatın dollara nisbətən rəsmi məzənnəsini martın 19-da qeydə alnmış 1,0486 manat/$1 səviyyəsinə qarşı 1,0484 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,019% möhkəmlənib.
AMB martın 29-na manatın avroya nisbətən rəsmi məzənnəsini martın 19-da qeydə alınmış 1,1290 manat/1EUR səviyyəsinə qarşı 1,1416 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,116% ucuzlaşıb.
Martın 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 19-da qeydə alınmış 0,0176 manat/1RUR səviyyəsinə qarşı 0,0181 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 2,841% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Əzizov