Aprel ayının 6-dan 13-dək “Bakı-2015” Avropa Oyunları ərəfəsində mehmanxana biznesinin işçiləri üçün kurslar keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kursların təşkilatçıları Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləridir.
Kurslar beş sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə keçiriləcək. Bu məqsədlə Türkiyədən müəllim heyəti dəvət olunacaq.
Kurslar başa çatdıqdan sonra dinləyicilərə sertifikatlar veriləcək.
A.Zeydullayeva