Qeyri-neft-qaz ixracının xüsusi çəkisi 2014-cü ildə Azərbaycanın ümumi ixrac həcminin 5,77%-ni təşkil edib.2014-cü ildə Azərbaycanın qeyri-neft-qaz ixracının həcmi $1 mlrd. 632 mln. təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 4% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Mərkəzi Bankdan məlumat verilib
Ötən ilin dördüncü rübündə Azərbaycandan qeyri-neft-qaz ixracı $452 mln. məbləğində olub.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanın qeyri-neft-qaz ixracının həcmi 6% artıb.
A.Əzizov