Sammitin yekun kommunikesinin layihəsində qeyd olunur ki, bu tədbir region ölkələrinin təhlükəsizliyinə artan çağırışlarla bağlıdır və xüsusilə Liviyada və Yəməndə mövcud vəziyyət buna dəlalət edir.Ərəb Dövlətləri Liqasının sammitində vahid regional silahlı qüvvələrin formalaşması barədə elan edilməsi planlaşdırılır. Bu barədə KİV Misirin Şarm-Əl-Şeyx şəhərindən xəbər verir.
Birləşmiş silahlı qüvvələrin könüllü əsasda yaradılması və ona heç bir ərəb ölkələri tərəfindən nəzarət edilməməsi təklif olunur.
Bundan başqa, sənədin layihəsində deyilir ki, Yəməndə ərəb koalisiyasının husilərə qarşı hərbi əməliyyatı onların ölkənin paytaxtı Sana şəhərindən tam çıxmasına qədər davam edəcək.