“Azərbaycan Hava Yolları” QSC (AZAL) 6 iyun 2015-ci il tarixindən etibarən Bakı-Nijni Novqorod marşrutu ilə birbaşa uçuşların həyata keçirilməsinə başlayacaq. Bu barədə “Striqino” beynəlxalq aeroportunun (“Aeroportı Regionov” holdinqinə daxildir) saytında məlumat verilir.
“İyunun 6-dan etibarən AZAL şənbə günləri Braziliyanın «Embraer 190» təyyarələri ilə Nijni Novqoroddan Bakıya birbaşa müntəzəm reyslərin yerinə yetirilməsinə başlayacaq. İyulun 29-dan etibarən reyslər artıq həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
Bu marşrutla reyslər 2015-ci il oktyabrın sonunadək həyata keçiriləcək.
N.Abbasova