17-18 aprel tarixlərində Qafqaz Universitetində Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Tədbir eks-prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
Konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, ortaq problemlərin müzakirəsi və onların həlli yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, o cümlədən gənclərin elmə marağını artırmaqdır.
Konfransın əsas elmi istiqamətləri mühəndislik elmləri, təbiət elmləri, iqtisadiyyat elmləri, filologiya elmləri, tarix və hüquqdur.
A.Zeydullayeva