Azərbaycan alimləri Fransanın Paris şəhərində Avropa Birliyinin “Horizon-2020” proqramı çərçivəsində “Elm, Texnologiya, İnnovasiya” günlərində iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycanı Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, həmin institutun laboratoriya rəhbəri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyev, Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov və Azərbaycan Universitetinin baş müəllimi Qətibə Nəcəfova təmsil ediblər.
Alimlər tədbirdə çıxış ediblər. Səfər çərçivəsində onlar Malaziya, Tayland, Niderland və digər ölkələrin mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.
A.Zeydullayeva