İran XİN-in nümayəndəsi Mərziyyə Əfhəmin sözlərinə görə, Tehran bu bəyanatları "yersiz və səhv" hesab edir.Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İranın regional siyasəti haqqında söylədiyi fikirlərlə əlaqədar bu ölkənin Tehrandakı müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə bazar ertəsi İran KİV-i xəbər verir.
Xatırladaq ki, Türkiyə prezidenti İranı regionda təsirini genişləndirmək istəyi və Yaxın Şərq və başqa ölkələrin işlərinə qarışmaq cəhdində ittiham edib.