Mədəniyyət və Turizm Nazirliyi qərb bölgəsi üzrə vahid turizm marşrutu yaradır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Şəmkir, Qazax, Tovuz və Ağstafada olan tarixi abidələr vahid turizm marşrutuna daxil ediləcək”, - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərb regionunda vətəndaşların qəbulundan sonra jurnalistlərə bildirib.
“Turizmin inkişafı və mədəni abidələrin qorunmasına diqqət var. Göytəpədə gedən işlərlə də tanış olmuşuq”, – deyə o bildirib.
Nazirin qəbuluna Tovuz, Şəmkir, Ağstafa, Gədəbəy və Qazax rayonlarının sakinləri yazılmışdı.
Vətəndaşların müraciətləri işə qəbul, turizmin inkişafı, tarixi abidələrin yenidən qurulması və bərpası, onların turist marşrutlarına daxil edilməsi, şəbəkənin yenilənməsi və müasirləşdirilməsi ilə bağlı olub. Bəzi məsələlər yerindəcə həllini tapıb. Qəbuldan sonra Tovuz rayon Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
F.Mehdiyev