2016-cı il noyabrın 16-17-də Dünya Xəbər Agentliklərinin V Bakı Konqresi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “AzərTAc” dövlət agentliyinə istinadən xəbər verir.
Bu barədə qərar Dünya Xəbər Agentlikləri Konqresi Şurasına daxil olan SPA, Press Association, AZƏRTAC, Associated Press, Reuters, EFE, TASS, TELAM agentlikləri, həmçinin EANA, OANA və FANA informasiya təşkilatlarının rəhbərləri tərəfindən verilib.
Toplantıda 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik “AzərTAc”a keçəcək.
R.Babayev