Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün Serbiyanın paytaxtı Belqradda səfərdədir. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Azərbaycanlı deputatların Serbiyaya səfəri aprelin 3-dək davam edəcək.
R.Babayev