Azərbaycan Mərkəzi Bankı (AMB) martın 31-nə manatın dollara nisbətən rəsmi məzənnəsini martın 30-da qeydə alnmış 1,0484 manat/$1 səviyyəsinə qarşı 1,0485 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0095% ucuzlaşıb.
AMB martın 31-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 30-da qeydə alınmış 1,1395 manat/1EUR səviyyəsinə qarşı 1,1317 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,6845% möhkəmlənib.
Martın 31-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 30-da qeydə alınmış 0,0181 manat/1RUR səviyyəsinə qarşı 0,0182 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,5524% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Əzizov