SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı Bakı və Azərbaycanın bir neçə rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilib.
Saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Rəncbər, Nəvahi, Pirsaat, Qubalı, Şıxlar, Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı və Beşdam kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin və İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bundan başqa, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar bu gün saat 12:00-dək Bərdə, saat 16:00-dək Bakının Sabunçu, saat 18:00-dək Ağdaş və Şəki, işlər başa çatanadək isə Binəqədi, Xətai və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
N.Abbasova