Fizika İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nazim Məmmədov Sankt-Peterburqda Nobel mükafatı laureatı J.İ.Alferovun 85 illik yubileyinə həsr olunmuş simpoziumda iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, N.Məmmədov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Tam Səlahiyyətli Nümayəndələr Komitəsinin iclasında iştirak etmək məqsədilə Dubna şəhərinə səfər edib.
Mütəmadi olaraq ildə iki dəfə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil olunan görüşdə alimlər nüvə fizikası sahəsində apardıqları birgə tədqiqatlar, onların nəticələri və s. məsələlər barədə məlumat verirlər.
Görüşdə Gürcüstan, Ukrayna, İtaliya, Özbəkistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
A.Zeydullayeva