Astara rayon sakininin evindən və avtomobilindən narkotik maddələr və silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Martın 30-da Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşaraq sənədlərini təqdim etməsini tələb edib. S.Əliyev tabeçilik göstərməyərək avtomobili hərəkətə gətirib və A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra düşərək hadisə yerini tərk edib”, - deyə nazirliyin məlumatında bildirilir.
A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.
Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.
F.İsazadə