ABŞ prezidenti Barak Obama Misirə hərbi texnika və bir sıra hərbi materialların tədarükünə qoyulmuş qadağanı ləğv etmək niyyətində olduğunu elan edib. Bu barədə “Associated Press” agentliyi məlumat verib.
Amerika prezidenti bu qərarını misirli həmkarı Abdel Fəttah əl-Sisi ilə telefon söhbəti zamanı bildirib.
B.Obama, xüsusilə “F-16” qırıcıları və tankların tədarükünə qoyulmuş qadağanı götürür.
Ağ Evdə vurğulayıblar ki, bu tədbirlər Misirin demokratiya yolunda uğurlara nail olması üçün deyil, ABŞ-ın milli təhlükəsizliyi ilə əlaqədar görülür.
Xatırladaq ki, qadağa 21 ay əvvəl Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılması ilə əlaqədar tətbiq olunmuşdu.